"Erməni kişiləri, heç olmasa qadınlardan nümunə götürün" Arsrun Ovannisyan

20 Oktyabr 2020 17:04 (UTC+04:00)

"Vətənpərvərlik mahnılarının müşayiəti ilə İrəvanda avtomobillərdə bayraqlarla dolaşmaq qələbə vəd etmir". SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyan öz Facebook səhifəsində yazıb.

Ovannisyan tələbəsinin göz yaşları içində ondan özünə bir intiharçı vəzifəsi verməsini istədiyini danışıb. Müdafiə Nazirliyinin nümayəndəsi erməni kişilərinə qadınları nümunə gətirib, qadınlarına layiq olmağa, onlardan nümunə götürməyə, Dağlıq Qarabağda yaşamaq üçün mübarizəyə başlamağa çağırıb.
“Bu çətin müharibədir, asan olmayacaq. Avtomobillərə bayraq asmaqla və vətənpərvərlik mahnıları səsləndirməklə, İrəvanı gəzməklə qələbə olmaz”, deyə Ovannisyan bildirib.

Ohannisyan, tələbə qadınlarının qadın heyətini qurduqlarını söyləyib. Tələbəsinin göz yaşları içində ona intiharçı tapşırığı verilməsi istəməsini paylaşıb. “Erməni qadınlara layiq olun heç olmasa. Gəlin onlara layiq olaq”, deyə Müdafiə Nazirliyinin nümayəndəsi yalvarışlarla ordudan yayınan, xidmətdən qaçan, döyüşməkdən imtina edən vətəndaşları orduya cəlb olunmağa səsləyib.

Görünür, erməni cəmiyyətində bir dənə də olsun çağırışçı tapılmır ki, hərbçilərin sıralarına, döyüşə qatılsın. Ermənistan vətəndaşlarının döyüşdən imtina etməsinin qarşısının alınması üçün Ovannisyanın vətəndaşlara psixoloji təsir etməsi də başadüşüləndir və ən acınacaqlısı odur ki, erməni ordusunda əsgər olmaq, döyüşmək mükəlləfiyyətində olanlara qadınlardan nümunə götürmək tövsiyyə olunur. Bu isə öz növbəsində ondan xəbər verir ki, Ermənistan tərəfinin döyüşə cəlb etmək istədikləri vətəndaşlarında qadınlarda olan cəsarət, hünər yoxdur və məhz Müdafiə Nazirliyinin nümayəndəsi də bu xüsusiyyətləri onlarda hələ bundan sonra aşılamağa çalışır.