Dağlıq Qarabağın əsl sahibinə aid olmasının zamanı gəlib - Dövlət Bağçalı

20 Oktyabr 2020 16:15 (UTC+04:00)

Dağlıq Qarabağın əsl sahibinə aid olmasının zamanı gəlib. SİA xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı açıqlayıb.

O, Ermənistanı soyqırımıçı adlandırıb: “Dağlıq Qarabağ məsələsi adi məsələ deyil. Türk yurdudur. Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır. Bunun qarşısındakı isə işğalçı ünsür, terror dövləti Ermənistandır. Erməni qatillər keçmişdəki alçaq hücumlarına yenilərini əlavə edir”.