"Xankəndi boşdur" DOJD TV

20 Oktyabr 2020 14:36 (UTC+04:00)

Rusiyanın "Dojd" TV kanalının Xankəndindəki reportyoru Aleksey Korostelyov növbəti buraxılışında Qarabağ cəbhəsindəki vəziyyət barədə bəhs edib. SİA xəbər verir ki, rus reportyor Xankəndinin tamamilə boşaldığını bildirib və bununla yanaşı qeyd edib ki, şəhərdə çox az sayda yaşlı kişilər qalıb. "Hamı deyir ki, Azərbaycan əsgərini gözləyirlər, əllərində avtomat şəhəri "qoruyacaqlarını" deyirlər", bildirən adıçəkilən TV kanalın reportyorunun çıxışında erməni yanlışı olduğunu diqqətdən yayınmır.

Lakin o etiraf edir ki, erməni tərəfinin itkiləri kifayət qədər çoxdur. "Erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır", Korostellyob deyib.

"Dojd"un reportyoru Xankəndində müsahibə almağın, şəkillər çəkməyin, hərbi texnikaların fotolarını qeydə almağın qadağan olunduğunu bildirib və maraqlıdır ki, hələ də ermənilərin Rusiyaya, Putinə ümidlərinin itmədiyini deyib.

Görünür, ermənilər hələ də prezident Vladimir Putin başda olmaqla, Rusiyanın rəsmi şəxslərinin KTMT üzvü kimi Qarabağ münaqişəsinə qatılmayacaqları barədə qəti bəyanatlarını dəyişəcəklərini düşünürlər, amma göründüyü kimi kökündən yanılırlar.

Rövşən RƏSULOV