“Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacı Bədəl körpüsü FOTO

20 Oktyabr 2020 13:38 (UTC+04:00)

Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən bu tarixi abidənin indiki vəziyyəti Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən məlum deyil.