Keçmiş məhkum oğurluq üstündə tutuldu

20 Oktyabr 2020 13:28 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini S.Gözəlov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Gözəlov saxlanılıb.