Narkotiklə məşğul olan şəxslər tutuldu

20 Oktyabr 2020 13:17 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılıblar. T.Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı oradan Z.Fərəcova və M.Fərziyevə məxsus 3 kiloqram 575 qram heroin, 3 kiloqram 135 qram metamfetamin və 1 kiloqram 828 qram marixuana aşkar edilərək götürülüb.