Yolu keçən piyadanı maşın vurdu

20 Oktyabr 2020 13:12 (UTC+04:00)

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 19-da saat 20 radələrində Binəqədi rayonu ərazisində Şamaxı rayon sakini M.İbrahimov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən Şərur rayon sakini Süleyman Məmmədovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.