İşğaldan azad edilən kəndlərə gedən yolların bərpasına başlanılır

20 Oktyabr 2020 11:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.