Mustafa Şəntop və nümayəndə heyəti Gəncəyə yola düşüb

20 Oktyabr 2020 11:51 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və nümayəndə heyəti Gəncəyə yola düşüb. SİA-nın məlumatına görə, M.Şentop bu gün Milli Məclisin plenar iclasında çıxış edib.

Çıxışdan sonra M.Şəntop və nümayəndə heyəti Gəncədə ermənilərin mülki əhaliyə qarşı törətdiyi vandalizm və terror aktının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.