Şəkidə yanğın baş verib

20 Oktyabr 2020 11:50 (UTC+04:00)

Şəki şəhərində ümumi sahəsi 1800 m² olan ikimərtəbəli binanın zirzəmisində elektrik lövhəsi, elektrik naqili 30 p.m, plastik boru 40 p.m və əşyalar 15 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.