Türkiyə Azərbaycanın yanındadır Spiker

20 Oktyabr 2020 11:13 (UTC+04:00)

"Azərbaycan və Türkiyə qardaş xalqlardır. Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Türkiyə və Azərbaycan bir-birinə əbədi güvənib və güvənəcək”. Bunu Millət Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyil: "Türkiyə Azərbaycanın yanındadır”.