Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI

20 Oktyabr 2020 11:29 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda döyüşlərin başladığı vaxtdan dünya liderlərinə zəng edərək, Azərbaycanı dayandırmaları üçün yalvarması medianın diqqətindən yayınmayıb.

SİA xəbər verir ki, Ermənistan baş nazirinin saytında həmin zənglərlə bağlı məlumatları əldə etmək mümkündür.

Nikol Paşinyan dünya liderlərinə bu məsələ ilə bağlı ümumilikdə 19 dəfə zəng edib. Bu siyahını təqdim edirik:

- Rusiya Prezidenti Vladimir Putin - 5 zəng

- Fransa Prezidenti Emmanuel Makron - 3 zəng

- Almaniya kansleri Angela Merkel - 3 zəng

- BMT Baş katibi Antonio Quterreş - 1 zəng

- İran Prezidenti Həsən Ruhani - 1 zəng

- Avropa Birliyinin rəhbəri Şarl Mişel - 1 zəng

- Belarus Prezidenti Aleksandr Lukaşenko - 1 zəng

- ABŞ prezidentinin müşaviri Robert Obrayen - 1 zəng

- Avstriyanın Baş naziri Sebastiyan Kurts - 1 zəng

- Niderlandın Baş naziri Mark Ryutte - 1 zəng

- Kanadanın Baş naziri Castin Tryudo - 1 zəng.