Tolik əsgərlərimizə görə müğənniləri “yıxıb-sürüdü”

20 Oktyabr 2020 10:18 (UTC+04:00)

Prodüser Tarix Əliyev (Tolik) bəzi şou-biznes əhlini “yıxıb-sürüyüb”. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: “Bayaqdan “İnstagram”da baxıram. Hamının əlinə fürsət düşüb. Belə ki, klip çəkdirən kim, əsgər geyimində fotosessiya etdirən kim, şeir deyən kim... Biabırçılıqdır. Sadaladıqlarıma görə, verdiyiniz pulları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürərdiniz. Əsgərlərimizə də yararlı olardı. Ordumuza dəstək olardınız. Allah xalqımızı, əsgərlərimizi manıs tayfasına möhtac etməsin”.