ABŞ-ın Alyaska ştatı sahillərində 7,4 bal gücündə zəlzələ baş verib

20 Oktyabr 2020 02:50 (UTC+04:00)

ABŞ-ın Alyaska ştatı sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

SİA ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Sand-Point yaşayış məntəqəsindən 94 kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.

ABŞ Milli Sunami barədə Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.