İsrail və BƏƏ vizasız gediş-gəliş rejimi ilə bağlı müqavilə imzalayacaq

20 Oktyabr 2020 05:54 (UTC+04:00)

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 20-də vizasız gediş-gəliş rejimi ilə bağlı müqavilə imzalayacaq.

SİA xəbər verir ki, bu barədə “The Jerusalem Post” İsrail dövlət administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd BƏƏ-nin maliyyə və iqtisadiyyat nazirlərinin İsrailə səfəri zamanı imzalanacaq. Sazişin iki ölkə arasında imzalanacaq ilk belə sənəd olacağı qeyd edilir.