İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb

19 Oktyabr 2020 23:40 (UTC+04:00)

İngiltərə Premyer Liqa klublarının koronavirus testinin növbəti mərhələsinin nəticələri açıqlanıb.

SİA xəbər verir ki, 12-18 oktyabr tarixlərində yeni yoluxma faktının aşkarlandığı müəyyənləşib.

Bu dəfə futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar.

Qeyd edək ki, Premyer Liqada hazırda “Everton” 13 xalla turnir cədvəlinə başçılıq edir.