Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib FOTOLAR

19 Oktyabr 2020 21:12 (UTC+04:00)

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır. SİA-nın verdiyi xəbərə görə, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 2 "KamAZ", 1 "Ural", 3 "QAZ", 2 "UAZ", 1 “Niva” markalı avtomobil və 1 traktor qənimət kimi ələ keçirib. Texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun hərbi texnikaları qənimət olaraq ələ keçirilmişdi.