Ermənistan Tərtərdə pambıq zavodunu atəşə tutub

19 Oktyabr 2020 16:25 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub. SİA-nın məlumatına görə, Ermənistanın zavodu atəşə tutuması nəticəsində ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.