"Gəncədə uşaqların xəyallarını, gələcəyini torpağın altına basdırdılar" FOTO

19 Oktyabr 2020 16:12 (UTC+04:00)

Türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistanın Gəncədə törətdiyi terrora biganə qalmayıb. SİA-nın məlumatına görə, sənətçi baş verənləri erməni vəhşiliyi adlandırıb: "Heç mərhəmət etmədən məsum, günahsız insanları, balaca uşaqları öldürmək... Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəyini o torpağın altına basdırmaq... Kəlimələrin bitdiyi yerdəyik. Allahım, bu günahsız insanların səslərini eşit... Qəbim Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və uşaqların yanındadır".