Azərbaycan və Türkiyə parlament sədrləri arasında görüş olub FOTO

19 Oktyabr 2020 14:50 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SİA-nın məlumatına görə, əvvəlcə Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.