Azərbaycanı dəstəkləyənlərin sayı artır - FOTOLAR

19 Oktyabr 2020 14:50 (UTC+04:00)

Azərbaycanın haqqlı mövqeyini bir çox xalqların nümayəndələri də dəstəkləyir. Belə ki, istər sosial şəbəklərdə, istərsə də başqa bir sıra platformalarda Azərbaycana dəstək səsləri yüksəlməyə başlayıb.

SİA xəbər verir ki, daha bir maraqlı aksiya keçirilib. Milliyətləri fərqli olan bir çox ölkə vətəndaşları əllərində pankartlarla şəkil çəkdirərək sosial şəbəklərdə paylaşırlar. Həmin pankartlarda "Qarabağ Azərbaycandır!" Bəs dünya niyə hələ də susur? kimi şüarlar yazılıb. Həmin şəkillərdən bir neçəsini təqdim edirik.