"Kim milyonçu olmaq istəyir?"də Qarabağla bağlı sual oyunçuya pul qazandırdı FOTOLAR

19 Oktyabr 2020 14:18 (UTC+04:00)

Türkiyəli aktyor Kənan İmirzalıoğlunun aparıcılıq etdiyi "Kim milyonçu olmaq istəyir?" proqramında Qarabağla bağlı sual ünvanlanıb. SİA-nın məlumatına görə, iştirakçılardan birinə "Hazırda bir bölümü Ermənistan işğalı altında olan, Azərbaycan Cümhuriyyətinə aid tarixi və coğrafı bölgənin adı nədir" sualı verilib. Sözügedən suala cavab oyunçuya 5 min lirə qazandırıb.

Qeyd edək ki, bununla yanaşı İmirzalıoğlu rəsmi tvitter hesabında Azərbaycanla bağlı çox sayda paylaşımlar edib. O, Gəncədə baş verən erməni terrorunu pisləyib və oradan fotolar yayımlayıb.