Erməni əsgərlərə psixoloqlar da kömək edə bilmir

19 Oktyabr 2020 12:40 (UTC+04:00)

Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.

Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib: “Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər”.

Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: “Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər”.