Rusiyada bir gündə 16 minə yaxın yoluxma qeydə alınıb

19 Oktyabr 2020 12:15 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfəri keçib. Ölkədə son sutka ərzində 15 982 nəfər virusa yoluxub, 179 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 415 316 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 366 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 075 904 nəfər virusdan sağalıb, 315 046 nəfərin müalicəsi isə davam edir.