Bəhreyn və İsrail rəsmi olaraq diplomatik münasibətlər qurublar

19 Oktyabr 2020 11:20 (UTC+04:00)

Bəhreyn və İsrail rəsmi olaraq diplomatik münasibətlər qurublar. SİA "TASS"a istinadla xəbər verir ki, Krallığın Xarici İşlər naziri Abdel Lətif bin Rəşad az-Zayani bildirib ki, müvafiq saziş bazar günü yüksək rütbəli İsrail nümayəndə heyətinin səfəri zamanı Manamada imzalanıb.

“Biz İsraillə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq. Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birgəyaşayışına dair qərar beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə uyğun olaraq 2002-ci ildə əldə edilməli idi”, - o deyib.

Ümumilikdə, Manamada müxtəlif sahələrdə, o cümlədən maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında yeddi memorandum imzalanıb.