Konkur yarışları başa çatıb FOTOLAR

19 Oktyabr 2020 11:08 (UTC+04:00)

“Hər şey vətən üçün” tədbiri çərçivəsində 16-17 oktyabr 2020-ci il tarixlərdə keçirilən konkur yarışları başa çatıb. SİA-nın verdiyi məlumata görə, “M*” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət konkur yarışında 10 idmançı 13 atla iştirak edib.

“Gilan” Atçılıq İdman Klubunun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 4-cü, “Carthanio” ləqəbli atla isə 1-ci yeri tutaraq “Qarabağ” Kubokunun qalibi olub. 2-ci yerdə “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla qərarlaşıb. “Murad” Atçılıq İdman Klubunun idmançısı Kənan Novruzov “D’amour” ləqəbli atla 3-cü, “Buta Qolden” Atçılıq İdman Klubunun idmançısı Eqor Morotskiy isə “Astrello” ləqəbli atla 5-ci yerin sahibi olublar.

Bundan əvvəl18 oktyabr 2020-ci ildə “Hər şey vətən üçün” tədbirinin son günündə jokeylər Qarabağ, Dilbaz və İngilis atlarının iştirakı ilə “Murov”, “Suqovuşan”, “Füzuli”, “Cəbrayıl” və “Qarabağ” kubokları uğrunda mübarizə aparıblar.