Cem Yılmazdan Azərbaycanla bağlı paylaşım: "Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm" FOTO

19 Oktyabr 2020 09:17 (UTC+04:00)

Türkiyənin yumor ustası Cem Yılmaz sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib. SİA-nın məlumatına görə, Yılmaz işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını pisləyib: "Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram... Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm".