Müdafiə Nazirliyi: Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi atəşə tutulur

19 Oktyabr 2020 08:41 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur.