“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İspaniya La Liqasında

18 Oktyabr 2020 22:38 (UTC+04:00)

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda 6-cı turda “Valensiya” ilə qarşılaşıb. Görüş “Vilyarreal”ın 2:1 hesablı qələbəsiylə başa çatıb. “Vilyarreal”ın qollarına Pako Alkaser və Dani Parexo imza atıb.

“Vilyarreal” hazırda 11 xalla liderdir.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Tel-Əviv, İsrail) ilə mübarizə aparacaq.