"Neftçi" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qalib gəldi - YENİLƏNİB

18 Oktyabr 2020 17:56 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. “Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Turun son matçında isə "Zirə" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bununla da xallarını 11-ə çatdıran Ayxan Abbasovun komandası liderliyə yüksəlib. "Zirə" 10 xalla 2-cidir.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası

6-cı tur

18 oktyabr

16:00. "Sumqayıt" - "Zirə" - 2:1
Qollar: Rəhim Sadıxov, 35-pen. (1:0), David Volkov, 40 (1:1), Tellur Mütəllimov, 59 (2:1)
Qırmızı vərəqə: Kərim Diniyev, 90+4 ("Zirə")
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena"

14:00. "Neftçi" - "Sabah" 1:0
Qol: Namiq Ələsgərov, 29
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena".

17 oktyabr

14:00. "Səbail" - "Keşlə" 1:1

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0

N Klublar O Q H M T-F X
1 Sumqayıt 6 3 2 1 9-6 11
2 Zirə 6 3 1 2 8-8 10
3 Neftçi 6 3 1 2 6-6 10
4 Keşlə 6 2 3 1 6-4 9
5 Qarabağ 5 2 2 1 8-4 8
6 Sabah 6 2 0 4 6-7 6
7 Səbail 5 1 1 3 6-8 4
8 Qəbələ 6 0 4 2 3-9 4