ANAMA-nın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb

18 Oktyabr 2020 17:23 (UTC+04:00)

Əməkdaşlarımızdan biri səhər saat 09:00 radələrində top mərmisinin partlaması nəticəsində yaralanıb.

SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, ANAMA-nın əməkdaşı dərhal cərrahi əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.