200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib ANAMA

18 Oktyabr 2020 17:16 (UTC+04:00)

Sentyabrın 27-dən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərkibində operativ qərargah yaradılıb.

SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Qərargahın rəisi İdris İsmayılov deyib.

"Bu günə qədər 600-ə yaxın müraciət daxil olub. 200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib", - deyə o, qeyd edib.