TBMM-in sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib FOTO

18 Oktyabr 2020 16:00 (UTC+04:00)

Oktyabrın 18-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayəndə heyətini Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanında TBMM-nin sədri Mustafa Şəntop KİV nümayəndələrinə Azərbaycan Respublikasına səfərin məqsədi barədə açıqlama verib.