Ermənilər Tərtəri atəşə tutdu, orta məktəb dağıldı FOTO

18 Oktyabr 2020 14:00 (UTC+04:00)

Erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub.

SİA-nın məlumatına görə, şəhərə gecə saatlarından başlayaraq ağır artilleriya zərbələri endirilib.

Hadisə nəticəsində 2 mərmi Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbinə düşüb. Hadisə nəticəsində məktəbin sinif otaqları dağılıb, məktəbə ciddi ziyan dəyiib.