Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub MN

18 Oktyabr 2020 13:30 (UTC+04:00)

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.