Düşmənin hərbi hissəsi ələ keçirilib VİDEO

18 Oktyabr 2020 12:12 (UTC+04:00)

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.