Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

18 Oktyabr 2020 10:40 (UTC+04:00)

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bu barədə SİA-ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.