Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

18 Oktyabr 2020 10:02 (UTC+04:00)

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.