“Marsel” “Bordo”ya qalib gəlib, “Loryan”dan səfər qələbəsi

18 Oktyabr 2020 01:58 (UTC+04:00)

Fransa Liqa1-də VII turun mübarizəsi davam edir.

SİA xəbər verir ki, bu gün daha 2 görüş baş tutub və hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.

Autsayderlər zonasında qərarlaşan “Reyms”lə “Loryan”ın duelində gülən tərəf qonaqlar olublar.

Bu tura qədər eyni sayda xal toplayan və turnir cədvəlində qonşu olan “Marsel”lə “Bordo” üz-üzə gəlib. Rəqibi üzərində inamlı qələbə qazanan “Marsel” liderlərlə 3 xallıq fərqi qoruyub.

Qeyd edək ki, turun dünən keçirilən ilk iki görüşündə PSJ səfərdə “Nim”ə (4:0) qalib gəlib, “Dijon”la “Renn” isə bərabərə (1:1) qalıb. Qalan matçlar oktyabrın 18-də keçiriləcək.

Fransa Liqa1
VII tur
17 oktyabr

“Reyms” – “Loryan” – 1:3
Kassama, 15 – Hamel, 61, Vissa, 64, Moffi, 80

“Marsel” – “Bordo” – 3:1
Tauvin, 5, Amavi, 54, Pablo, 64 (avtoqol) – Maya, 83