Derbinin qalibi "Milan" olub, "Yuventus" bir xal qazanıb

18 Oktyabr 2020 00:46 (UTC+04:00)

İtaliya A seriyasında IV tura 4 oyunla start verilib.

SİA xəbər verir ki, açılış matçında “Napoli” ilk 3 turda büdrəməyən “Atalanta”nı qəbul edib.

“Yuventus”la görüşə yollanmadığı üçün texniki məğlubiyyət alan Neapol təmsilçisi bunun acığını “Atalanta”dan çıxıb. Birinci hissədəcə rəqib qapısından 4 top keçirən Cennaro Qattuzonun yetirmələri “Atalanta”ya ilk məğlubiyyət acısı yaşadıblar.

Mövsümə əla başlanğıc edən digər komanda “Milan” derbidə “İnter”lə üz-üzə gəlib. Matçda bütün qollar ilk yarım saatda vurulub. “Rossonyerlər”lə “neradzurra” da bacarmayıb və “Milan” itkisiz irəliləməkdə davam edir.

Digər iddialılardan “Latsio” ilə “Yuventus” səfər oyununa çıxıb. Paytaxt klubu “Sampdoriya” ilə qarşılaşmada böyük hesabla yenilib.

Son çempion isə buna qədər xal üzünə həsrət qalan “Krotone” səfərində büdrəyib. Ev sahibləri cari mövsüm ilk xalını məhz “qoca sinyora”dan alıblar.

Turun digər oyunları oktyabrın 18-19-da baş tutacaq.

İtaliya A seriyası
IV tur
17 oktyabr
“Napoli” – “Atalanta” – 4:1
Lozano, 23, 27, Politano, 30, Osimxen, 43 – Lammers, 69
“İnter” – “Milan” – 1:2
Lukaku, 28 – İbrahimoviç, 12, 16
“Sampdoriya” – “Latsio” – 3:0
Kvalyarella, 32, Augelyo, 41, Damsqard, 74
“Krotone” – “Yuventus” – 1:1
Simi, 12 (pen.) – Morata, 21