Türkiyədə planlaşdırılan təhlükəli terror aktının qarşısı son anda alınıb

18 Oktyabr 2020 04:25 (UTC+04:00)

Türkiyənin Qaziantep şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.

SİA xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.

Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.