Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb

18 Oktyabr 2020 01:27 (UTC+04:00)

Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir.