Azər Əliyevin komandası “Lokomotiv”ə məğlub olub

17 Oktyabr 2020 22:56 (UTC+04:00)

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 11 oyuna topladığı 6 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.