Kazan məscidində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsi anılıb

17 Oktyabr 2020 23:51 (UTC+04:00)

Kazanın tarixi "əl-Mərcani" məscidində müsəlmanlar qardaş Azərbaycanın şəhid olan əsgərlərinə və dinc sakinlərinə dualar oxuyublar.

SİA "city.az" saytına istinadən xəbər verir ki, "Əl-Mərcani" məscidinin imam-xatibi, Tatarıstan Respublikasının Müsəlmanların Ruhani İdarəsinin Ağsaqqallar Şurasının sədri Mənsur Xəzrət Cəlalətdinov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verib.