“The Guardian” qəzetində Ermənistanın Gəncəyə raket hücumu barədə məqalə dərc edilib

17 Oktyabr 2020 20:42 (UTC+04:00)

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

SİA xəbər verir ki, məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir. Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

Qəzet yazır ki, bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri Ermənistan tərəfindən energetiklər şəhəri olan Mingəçevirə atılan bir neçə raketi zərərsizləşdirib.