Hakan Şükürdən Azərbaycana dəstək

17 Oktyabr 2020 21:02 (UTC+04:00)

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib.

SİA xəbər verir ki, veteran futbolçu "Feysbuk" hesabında bunları qeyd edib:

“Ermənistanın qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.