"Everton" - "Liverpul" oyununda heç-heçə - VİDEO

17 Oktyabr 2020 20:14 (UTC+04:00)

İngiltərə Premyer Liqasında 5-cı tura start verilib. SİA xəbər verir ki, turun açılış matçında Mersisayd derbisi gerçəkləşib. "Liverpul" səfərdə "Everton"la qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

"Everton" - "Liverpul" - 2:2
Qollar: Mane, 3 (0:1), Kin, 19 (1:1), Salah, 72 (1:2), Kalvert-Lyuin, 81 (2:2)
Qırmızı vərəqə: Riçarlison, 90 ("Everton")

Qeyd edək ki, hazırda "Everton" 13 xalla 1-ci, "Liverpul" 10 xalla 2-ci, "Aston Villa" 9 xalla (3 oyun) 3-cüdür.