Arda Turandan Azərbaycana dəstək

17 Oktyabr 2020 18:49 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan Azərbaycana dəstək nümayiş etdirib.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının dövlət bayrağı altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi “Bir millət, iki dövlət” sözlərini qeyd edib.

Təcrübəli futbolçu karyerası ərzində Türkiyənin “Qalatasaray”, “Başakşəhər” komandaları ilə yanaşı, İspaniyanın “Atletiko” və “Barselona” klublarının da formalarını geyinib.