Azərbaycan və İran arasında nəqliyyat sahəsində əməkdaşlıq genişlənir

14 May 2011 13:39 (UTC+04:00)

İranın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin yükdaşımalar və sərhəddən keçid məsələləri üzrə birgə iclası keçirilib. SİA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, iclasa İranın Yollar və Nəqliyyat Təşkilatının Tranzit Məsələləri üzrə İdarəsinin rəhbəri Səid Abdullahi və Azərbaycan Nəqliyyat Nazirliyi yanında \"Azəryolservis\" ASC-nin rəhbəri Cavid Qurbanov sədrlik ediblər.

İclasda tərəflər sərhəddən keçid, sərnişinlərin gediş-gəlişi və yük mübadiləsi şərtlərinin sadələşdiriliməsi sahəsində əməkdaşlığın artırılması zərurətini qeyd ediblər, mövcud avtomobil körpüsünün yaxınlığında iki yeni körpünün, o cümlədən dəmiryol körpüsünün inşası barədə razılığa gəliblər.