Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

17 Oktyabr 2020 18:25 (UTC+04:00)

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi dəqiq zərbə ilə məhv edilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.